Elm və təhsil
Uşaqların sinifdə qalması... - Nazir
Uşaqların sinifdə qalması nəzərdə tutulmur. Hər bir şagird öz təhsilini davam etdirir.
Publika.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, hazırda təhsil sistemi olaraq distant təhsilə keçiddən danışmırıq: "Bu təhsil növü yaranmış vəziyyətdən çıxış yoludur. Uzunmüddətli tətillə müqayisədə distant təhsilin tədrisi daha məqsədəuyğundur. Hətta müəllimin vatsapvə ya digər platformalar üzərindən şagirdə nəsə öyrətməsi də təqdirəlayiqdir. 1 milyona yaxın şagird ucqar kəndlərdə təhsil alır. Distant təhsildən istifadə dairəsi rayonlarda genişlənib. İrəliyə doğru addım atmaq çətindir, amma bu bizi arzuladığımız yerə çatdırır. Distant təhsil təcrübəsi müəllimlərdə də müəyyən bilik və bacarıqları artırır. Bu təhsil növü müəllimin təkcə kamera qarşısında danışması deyil. Belə dəyişikliklər təəssüf ki, tez baş vermir. Çünki ötən il ağlımıza gəlmirdi ki, distant təhsilə keçid edəcəyik".
-
Hadisə12:08Sosial Xidmətlər Agentliyinin əməkdaşı qəfil vəfat etdi - FOTO
-
MDB11:51Rusiya paytaxtında həyəcanlı anlar: Bina gülləbaran edildi - VİDEO
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video









.jpg)

.jpg)











.png)












