Elm və təhsil
Gözü zəif olan şagirdə “korsan” deyən müəllim cəzalandırıldı
Abşeron rayonunda gözü zəif görən üçüncü sinif şagirdinə "anormalsan, korsan" deyən müəllimə töhmət verilib.
Vətəndaş Nicat Məmmədov sosial şəbəkə hesabında məlumat paylaşaraq bildirib ki, bacısı qızı Masazır qəsəbəsində yerləşən məktəblərin birində təhsil alır.
"Sinif rəhbərləri uşaqlara məktəbdə normal dərs keçmir ki, əlavə 50 manata hazırlığa gətirsinlər. Bacım qızı da 2 ay hazırlığa getdi, sonra qərara gəldik ki, hazırlığı saxlayaq. Uşağı hazırlıqdan çıxardığımız üçün bu "müəllimə" uşaqla prinsip aparmağa, ayrı-seçkilik etməyə başlayıb.
O gün də onlayn dərsdə uşağa "anormalsan, korsan" deyərək uşaqların içində təhqir edib. Uşağın gözündə zəiflik var, eynək taxır. Bacım normal olaraq mədəni şəkildə bu davranışın səbəbini soruşub, o da sərt cavab verib".
Məlumat ictimailəşdikdən sonra Təhsil Nazirliyi məsələni nəzarətə götürüb.
Nicat Məmmədov bildirib ki, məktəb direktorunun təklifi ilə uşağın sinfi dəyişdirilib, həmin müəllimə isə izahatı alındıqdan sonra töhmət verilib.
Təhsil Nazirliyindən bildirilib ki, artıq problem aradan qaldırılıb: "Məsələ Təhsil Nazirliyi tərəfindən araşdırıldıqdan sonra öz həllini tapıb. Bununla bağlı müvafiq şəxs öz feysbuk səhifəsində də yazıb". (qafqazinfo)
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı