Elm və təhsil
IX siniflərin buraxılış imtahanlarının qrafiki elan olundu
Dövlət İmtahan Mərkəzi 2-3, 9-10 və 16-17 iyunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.
Mərkəzdən Publika.az-a verilən məlumata görə, iyun ayının əvvəllərində Bakı şəhərində beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar 2-3 iyun tarixlərində keçiriləcək buraxılış imtahanları Bakı istisna olmaqla digər şəhər və rayonlarda təşkil olunacaq.
Növbəti tarixlərdə olan imtahanlar isə yerdə qalan rayonlarla yanaşı, Bakı şəhərində də təşkil olunacaq.
Qeyd olunan tarixlərə uyğun imtahanların rayon və şəhərlər üzrə keçirilmə ardıcıllığı yaxın vaxtlarda elan olunacaq.
Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi