Bakıda bu məktəbin müəllimləri koronavirusa yoluxdu
Bizi izləyin

Elm və təhsil

Bakıda bu məktəbin müəllimləri koronavirusa yoluxdu

Paytaxtdakı 282 nömrəli tam orta məktəbin bir neçə müəllimi COVID-19 infeksiyasına yoluxub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 282 nömrəli tam orta məktəbin COVID-19 infeksiyasına yoluxmuş müəllimləri üçün 14 günlük karantin müddəti tətbiq olunub.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm