Elm və təhsil
Nazirlər Kabinetindən bu universitetlə bağlı QƏRAR
Nazirlər Kabineti “Mingəçevir Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar verib.
Publika.az xəbər verir ki, qərara əsasən, Mingəçevir Dövlət Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Mingəçevir Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Mingəçevir Dövlət Universitetinin Nizamnaməsi təsdiqlənib.
Elm və Təhsil Nazirliyinə bu qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Mingəçevir Dövlət Universitetinin qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.
Nizamnaməyə əsasən, Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;
- magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;
- doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;
- orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;
- elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması.
Universitetin nizamnamə fondu 4664758,03 (dörd milyon altı yüz altmış dörd min yeddi yüz əlli səkkiz manat üç qəpik) manatdır.
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında












.jpg)






.jpg)
















