MDB
Rusiyanın neft sənayesinə ağır zərbə: 145 PUA ilə hücum etdilər - Ölən var
Ukrayna Silahlı Qüvvələri noyabrın 25-nə keçən gecə Rusiyanın Samara vilayətinə kütləvi PUA hücumu həyata keçirib. Hücum nəticəsində bir nəfər ölüb, neft emalı zavodlarında güclü yanğınlar başlayıb.
Publika.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorishçev məlumat verib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri və mobil atəş qrupları bölgə üzərində 145 pilotsuz uçuş aparatını (PUA) vurub. Hücum nəticəsində dağıntılar qeydə alınıb, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.
Yerli sakinlər güclü partlayış səsləri eşitdiklərini bildiriblər. Onların sözlərinə görə, hava hücumu xəbərdarlığı hücum başlayandan təxminən bir saat sonra verilib.
"Astra" nəşrinin təhlil etdiyi görüntülərə əsasən, hücumun əsas hədəfləri “Rosneft” şirkətinə məxsus Syzran və Kuybışev neft emalı zavodları olub.
Təxminən 8,9 milyon ton illik emal gücünə malik Syzran Neft Emalı Zavodunda hücumdan sonra güclü yanğın başlayıb. Müəssisə sentyabrın 15-də də PUA hücumuna məruz qalmışdı. Həmin vaxt Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı zavodun ilkin neft emalı qurğusunun və rezervuar parkının zədələndiyini açıqlamışdı. Bundan sonra müəssisə neft emalını dayandırmışdı.
Samara şəhərinin ərazisində yerləşən və illik 7 milyon ton neft emal etmək gücünə malik Kuybışev Neft Emalı Zavodunda da hücumdan sonra yanğın baş verib. Müəssisə sonuncu dəfə sentyabrın 22-də hədəfə alınmışdı.
Ukraynanın monitorinq kanalları ötən gecə Novokuybışevsk Neft Emalı Zavodunun və “Transneft” şirkətinə məxsus “Samara” xətti istehsalat-dispetçer stansiyasının da hücuma məruz qalmış ola biləcəyini bildirib.
Yerli sakinlər həmin obyektlərin yerləşdiyi ərazilərdə partlayışlar barədə məlumat versələr də, xəbərin yayımlandığı vaxt bu iddiaları təsdiqləyən foto və video görüntülər mövcud olmayıb.
Müəllif: Adəm Abbaslı
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: Tərkibində nələr var?






































