Sosial
Bu ərazilərdə işıq olmayacaq
Bu gün Bakı və Salyanın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Azərişıq"dan Publika.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyun 11-də paytaxt və Salyanda elektrik şəbəkəsində yenidənqurma və təmir işləri həyata keçiriləcək.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) aparılacaq təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Bəsti Bağırova küçələri, Hüseyn Cavid prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri zamanı fasilə həmin saatlarda Bəhruz Nuriyev küçəsini əhatə edəcək.
Suraxanı RETSİ-nə daxil olan 35/6 kV-luq BMTZ yarımstansiyasında yenidənqurma işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan saat 13:00-dək Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə, İlqar Məmmədov, Vüqar Bədəlov küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.
İyunun 11-də həm də Salyan Elektrik Şəbəkəsi (EŞ) ərazisində 110/35/6 kV-luq "Salyan" yarımstansiyasından qidalanan 35 kV-luq 710 saylı hava xəttinə toxunan ağaclar budanacaq. İməclik işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Kərimbəyli, Qaraçala, Çadırlı, Bəşirbəyli, Pambıqkənd, Yolüstü, Yeni Uluxanlı, Varlı, Peyk və Düzənlik kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq. Həmçinin Noxudlu kəndinin elektrik şəbəkəsində aparılacaq yenidənqurma işləri ilə əlaqədar həmin saatlarda Aşağı və Yuxarı Noxudlu kəndləri gərginliksiz qalacaq.
Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
MDB13:56Fransız tarixçi niyə Rusiya vətəndaşlığını seçdi? - İlginc səbəb
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək







.jpg)
















.jpg)













