Nida Xəbər
Azərbaycan 19 dövlət adından təhlükə ilə bağlı çağırış etdi
Azərbaycan Əlillərin Hüquqları haqqında Konvensiyanın Tərəf Dövlətlərinin XIX Konfransının ümumi müzakirələri çərçivəsində 19 dövlətdən ibarət regionlararası qrupun adından bəyanat səsləndirib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi "X" sosial şəbəkəsində paylaşım edib.
Qrupa Albaniya, Banqladeş, Belarus, Bosniya və Herseqovina, Kamboca, Qırğızıstan, Laos Xalq Demokratik Respublikası, Malayziya, Meksika, Oman, Pakistan, Panama, San-Marino, Səudiyyə Ərəbistanı, Tailand, Şərqi Timor və Azərbaycan daxildir.
Birgə bəyanatda qeyd olunub ki, dünya əhalisinin təxminən 15 faizi əlilliyi olan şəxslərdən ibarətdir. Sənəddə vurğulanıb ki, Əlillərin Hüquqları haqqında Konvensiyanın müddəaları bütün hallarda, o cümlədən mina, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğuların təsirinə məruz qalan münaqişə və postmünaqişə şəraitində yaşayan əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsini təmin etməlidir.
Bəyanata qoşulan dövlətlər münaqişə və postmünaqişə dövrlərində əlilliyin qarşısının alınması istiqamətində beynəlxalq dəstəyin artırılmasına çağırıblar. Xüsusilə, milli minatəmizləmə potensialının yaradılması, inkişaf etdirilməsi və səmərəli fəaliyyət göstərməsinin vacibliyi diqqətə çatdırılıb.
Bununla yanaşı, dövlətlər əlilliyi olan şəxslər üçün təxirəsalınmaz və uzunmüddətli tibbi xidmətlərin, fiziki reabilitasiya və protezləşdirmə imkanlarının genişləndirilməsi, həmçinin təhsil və iqtisadi reinteqrasiya sahələrində milli imkanların gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"





















.jpg)











.jpg)

.jpg)