Elm və təhsil
Yalnız bu yolla uşaqlar üçün daha təhlükəsiz və sağlam mühit yaratmaq mümkündür - Dilarə Cəbrayılova
“Valideynlərin övladlarına, müəllimlərin şagirdlərə qarşı fiziki və psixi zorakılıq hallarının qarşısını almaq məqsədilə 200 manat cərimə tətbiqi ilə bağlı qanunun qüvvəyə minməsi cəmiyyətin ən həssas mövzularından birinə çevrilib”.
Bunu Publika.az-a açıqlamasında V çagırış millət vəkili Dilarə Cəbrayılova deyib.
Onun sözlərinə görə, bu məsələ həm hüquqi, həm də sosial baxımdan diqqətlə tənzimlənməsi olan həssas sahədir.
Sabiq deputat hesab edir ki, qeyd olunan cərimənin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur:
“İlk növbədə, cərimənin tətbiqi zorakılığın qarşısının alınmasına yönəlmiş preventiv addım kimi qiymətləndirilə bilər. Maddi məsuliyyət hissi insanların davranışına birbaşa təsir göstərir. Müəllim və ya valideyn öz hərəkətinin hüquqi nəticə doğuracağını bildikdə, zorakı davranışdan çəkinə bilər. Bu, xüsusilə emosiyaların idarə olunmasında çətinlik çəkən şəxslər üçün müəyyən qədər çəkindirici rol oynayır. Eyni zamanda, belə cərimələr uşaqların hüquqlarının qorunduğunu göstərərək cəmiyyətdə maarifləndirmə funksiyası daşıyır. Digər müsbət cəhət ondan ibarətdir ki, bu tip tədbirlər zorakılığın “normal” hesab edilməsi stereotipini sarsıdır. Tərbiyə məqsədilə sərt davranışın qəbul edilməsi yolverilməzdir. Cərimə tətbiqi isə açıq mesaj verir ki, uşaqlara qarşı zorakılıq heç bir halda məqbul deyil və hüquqi məsuliyyət yaradır”.
Dilarə Cəbrayılovanın fikrincə, bəzi hallarda cərimə kifayət qədər çəkindirici olmaya bilər:
“Xüsusilə maddi vəziyyəti yaxşı olan şəxslərə bu məbləğ ciddi təsir göstərməyə və nəticədə cərimə öz məqsədinə tam çatmaya bilər. Digər tərəfdən, maddi imkanı zəif olan ailələr üçün bu cərimə əlavə sosial gərginlik yarada, hətta dolayı yolla uşağın vəziyyətini daha da çətinləşdirə bilər. Bundan əlavə, belə halların sübut edilməsi və düzgün qiymətləndirilməsi də çətinlik yaradan məqamlardandır. Zorakılığın hər forması açıq şəkildə görünmədiyi üçün bəzən yanlış ittihamlar və ya subyektiv yanaşmalar ortaya çıxa bilər. Bu isə həm müəllimlər, həm də valideynlər üçün ədalətsiz nəticələrə səbəb ola bilər. Belə olduğu halda cərimə qorxusu qarşılıqlı etimadı da zədələyə bilər”.
Uşaqların qorunmasının hər bir cəmiyyətin prioritet məsələsi olduğunu və bu istiqamətdə atılan addımları müsbət qiymətləndirən keçmiş millət vəkilinin sözlərinə görə, belə bir cərimə mexanizmi yalnız cəza vasitəsi deyil, maarifləndirmə, psixoloji dəstək və sosial tədbirlərlə birlikdə tətbiq olunarsa daha effektiv nəticə verə bilər:
“Şagird və övladlara qarşı zorakılığa görə cərimə müəyyən mənada müsbət təsir göstərsə belə, bu, problemin tam həlli kimi qəbul edilməməlidir. Daha effektiv nəticə əldə etmək üçün hüquqi tədbirlərlə yanaşı maarifləndirmə, psixoloji dəstək və təhsil sistemində islahatlar da vacib rol oynayır. Yalnız kompleks yanaşma sayəsində uşaqlar üçün daha təhlükəsiz və sağlam mühit yaratmaq mümkündür”.
Roza
-
Dünya16:03Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır
-
Rəsmi xronika15:52Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi
-
İqtisadi gündəm14:16Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
-
Elm və təhsil13:00Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
-
Dünya12:28Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir
-
İdman11:42"Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya
-
Sosial11:31May ayının istirahət günləri açıqlandı
-
ABŞ09:24Tramp atəşə tutulub, qonaqlar da şərab oğurlayıblar


































.png)


