Elm və təhsil
Daşkəsən Tədris Mərkəzi yaradıldı
“AzerGold” QSC-nin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Cəmiyyətin təşəbbüsü və maliyyə dəstəyi ilə Daşkəsən Tədris Mərkəzi fəaliyyətə başlayıb.
Qurumdan Publika.az-a verilən məlumata görə, mərkəzin əsas məqsədi dövlətin təhsil siyasətinə və regionda təhsilin inkişafına töhfə vermək, məktəblilərin ali təhsil müəssisələrinə hazırlıq səviyyəsini yüksəltmək və gələcək peşə seçimlərinə dəstək göstərməkdir. Layihə uzunmüddətli perspektivdə regionda ixtisaslı kadrların yetişdirilməsini, o cümlədən dağ-mədən sənayesinin kadr ehtiyacının yerli mütəxəssislər hesabına qarşılanmasını hədəfləyir.
Layihə çərçivəsində 2012-ci ildən təhsil sahəsində fəaliyyət göstərən “BANİ Seminariyası” ilə əməkdaşlıq edilir. Mərkəzin peşəkar pedaqoji heyətlə təminatı, tədrisin təşkili və idarə olunması tərəfdaş tərəfindən həyata keçirilir. Gəncədə 1000-dən artıq şagirdə təhsil xidməti göstərən seminariyanın ali məktəblərə qəbul göstəricisi 98 faizdir.
“AzerGold” QSC tərəfindən mərkəzin yerləşdiyi bina əsaslı təmir edilərək müasir tədris tələblərinə uyğunlaşdırılıb, zəruri avadanlıq və inventarla təmin olunub. Mərkəzin fəaliyyət xərcləri, şagirdlərin dərs vəsaitləri ilə təminatı, eləcə də ucqar kəndlərdə yaşayan 90 nəfərədək şagirdin gediş-gəlişi Cəmiyyət tərəfindən maliyyələşdirilir.
216 şagird üçün nəzərdə tutulan mərkəzdə hazırda diaqnostik imtahanların nəticələrinə əsasən seçilmiş VII–X siniflərdən 108 məktəbli ödənişsiz hazırlıq kurslarına cəlb olunub. Dərslər məktəbdənkənar vaxtlarda xüsusi proqram əsasında keçirilir.
Layihə regionda məşğulluğun artırılmasına da töhfə verir. Hazırda 23 nəfər işlə təmin olunub. Müəllimlər bilik və bacarıqları qiymətləndirilərək sertifikatlaşdırıldıqdan sonra işə qəbul ediliblər. Ümumilikdə, layihə çərçivəsində 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi regionlarda təhsilin dəstəklənməsi və insan kapitalının inkişafı istiqamətində ardıcıl sosial layihələr həyata keçirir. Bu sıraya “Gələcəyin mədənçisi” layihəsi, ali və peşə təhsili üzrə təqaüd proqramı, eləcə də məktəblilərin mütaliə vərdişlərinin inkişafına yönəlmiş təşəbbüslər daxildir.

-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Sağlamlıq11:57Qadının qaraciyərindən futbol topu boyda şiş çıxardılar - FOTO
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır




































