Elm və təhsil
“Ulduz müharibələri” gerçəkləşir? - Alimlər iki günəşi olan 27 planet aşkarladı
Avstraliya, ABŞ və Kanada alimləri iki və daha çox ulduz ətrafında dövr edən 27 yeni ekzoplanet aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə NASA-nın TESS kosmik teleskopunun məlumatlarına əsaslanan araşdırma "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub.
Tədqiqatçılar TESS teleskopunun topladığı fotometrik məlumatları təhlil edərək "Gaia DR3" kataloqunda yer alan 1590 tutulmalı qoşa ulduz sistemini araşdırıblar.
Məqalədə qeyd olunur ki, “ikiqat ulduz sistemləri ətrafında fırlanan 27 yeni planet aşkar olunub”.
NASA-nın rəsmi açıqlamasına görə, alimlər ən azı iki il ərzində toplanmış məlumatları analiz ediblər. Aşkarlanan obyektlərin dəqiq kütləsi hələ müəyyən edilməyib. Lakin hesablamalara əsasən, ən kiçik planetin kütləsi Yer kürəsinin təxminən 12 qatına bərabərdir. Ən böyük namizəd isə Yupiterdən 10 dəfə daha ağır ola bilər.
Elmi nəşr "EurekAlert" bu planetləri Tatuin ilə müqayisə edib. Xatırladaq ki, bu uydurma planet "Star Wars" ("Ulduz müharibələri" kainatında iki günəş ətrafında dövr edirdi.
Alimlər hesab edirlər ki, bu cür kəşflər kainatda planet sistemlərinin formalaşması haqqında mövcud təsəvvürləri daha da genişləndirə bilər.
Müəllif: Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































