Elm və təhsil
Nazir: Məktəblərin 90 %-i təmir olunub və ya yenidən tikilib
Azərbaycanda fəaliyyət göstərən məktəblərin təxminən 90 %-i son 20 ildə təmir olunub və ya yenidən tikilib.
Publika.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, son beş il ərzində Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və digər tərəfdaşların dəstəyi ilə minə yaxın məktəb yenidən qurulub və ya əsaslı təmir edilib.
"Ölkədə olan 4200-ə qədər məktəbin təxminən 90 %-i ya yeni təmir olunub, ya da yenidən tikilib. Bəzi qəzalı məktəblər üzrə işlər mərhələli şəkildə davam etdirilir. Birinci növbədə, daha böyük məktəblərin təmirinə üstünlük veririk. Çünki bu məktəblər daha çox uşağın həyatına təsir edir".
Nazirin sözlərinə görə, kiçik məktəblər üçün modul tipli məktəblərin tikintisi həyata keçirilir:
"Bu il müxtəlif bölgələrdə 100-dən artıq modul məktəbin tikintisi nəzərdə tutulur".
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































