Osmanlı imperiyasının SON GÜNLƏRİ: İstanbul şəkillərdə
Bizi izləyin

Foto

Osmanlı imperiyasının SON GÜNLƏRİ: İstanbul şəkillərdə

Osmanlı imperiyasının son görüntülərini əks etdirən şəkillər XIX əsrin axırlarında fotoxrom prosesinin köməyi ilə əldə edildi. Xromolitoqrafiyanın bu variantı "Orell Gessner Fussli" adlı İsveç poliqrafiya şirkətinin əməkdaşı Hans Yakob Şmidt tərəfindən 1880-ci ildə kəşf edilib.

Hər bir çalar üçün ayrıca çap forması hazırlayırdılar. Beləliklə, bir rəngli şəkilin ərsəyə gəlməsində onlarla yazılı daşlardan istifadə edilirdi. Böyük əməyin bəhrəsi olan bu unikal şəkillərin sayəsində İstanbulun 1890-cı illərdə necə olduğunu görmək imkanımız var.

Publika.az bu imkanı əldən verməyərək, Osmanlı imperiyasının son günlərini rəngli, real şəkillərdə dəyərli oxuculara təqdim edir.

1. “Yeni-Cami”yə Bosfor tərəfdən nəzər

Memarlıq binası öz gözəlliyi ilə heyrətə salır.

2. Yeni körpü

“Qalat” körpüsünün ikinci adı da “Validə”dir.

3. Sultan Əhməd tikintisi

Fəvvarəli tikili, Bosfordan gələn səyyahları yedirib-içirmək məqsədi ilə tikilmişdi.

4. Məscid ətrafında adi bir gün

İnsanlar yaşamaq üçün pul qazanırlar.

5. Nazirliyin qarşısındakı meydan

Ərazinin genişləndirilməsi.

6. Köhnə qəbiristanlıq

Köhnə məzarlıqlar bu ölkənin tarixi haqqında bizə çox şey deyə bilər.

7. İş qaynayır...

Dəlləklik peşəsi çox hörmətli idi, çünki saqqalın forması, uzunluğu cəmiyyətdə hansı nüfuza malik olmanı göstərirdi.

8. “Qızıl buynuz” Boğazı

Əfsanədə deyilir ki, körfəzin dibində kimsənin əlinə keçməməsi üçün sakinlərin atdığı böyük miqdarda qızıl sikkələr var.

9. İstanbulun dənizdən görüntüsü

Öz sərvətləri və dəbdəbəsi ilə İstanbul dünyanın müxtəlif yerlərindən çoxlu sayda insan cəlb edirdi.

10. Şəhərin mərkəzində

Rayonun ikinci adı Üsküdardır, bu məhəllədə çoxlu sayda insan yaşayır.

11. Mayakın yaxınlığında bağ

Fənərbaxça axşamçağı günəşin şüaları ilə ürəkləri ram edir.

12. “Qalat” körpüsü və məscid

Əvvəlki adı “Validə” olan körpü, 1453-ci ildən başlayaraq özündə 5 yenidənqurmanı əks etdirir.

13. İki Qala

Rumel və Anadolu qalaları Bosfor sahilində, boğazın ən dar yerində yerləşir.

14. Küçədə ticarət

İstanbul sakinləri biş-düş bacarıqları ilə məşhur idilər.

15. Hoca Sinan Paşanın kompleksi

Hər kəs tərəfindən sevilən Sinan Paşa sağlığında böyük insan, 5 dəfə müxtəlif sultanların idarəçiliyində böyük vəzir vəzifəsini daşıyıb.

16. Üsküdar

Üsküdarın məhz bu küçəsində məşhur “Qızıl yol” tamam olurdu.

17. İstanbulun əsas limanı

Limanın sahili tərsanələr, hamamlar, yaşayış tikililəri, məscidlərlə sıx əhatələnib.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm