Gözəllik
Gözəlliyinizi düyü suyu ilə qoruyun
Plovun dadlı, düyülərin dən-dən qalması üçün düyünü bir neçə saat suda saxlayırıq. Əksəriyyətimiz düyünü süzdükdən sonra suyunu atırıq. Lakin düyü suyunun faydasını öyrəndikdən sonra onu atdığınız üçün peşman olacaqsınız. Publika.az-ın gözəllik bölməsi xəbər verir ki, düyü suyu xüsusi ilə dəri üçün faydalıdır.
Düyü suyu necə hazırlanır?
1/2 stəkan düyünü yuduqdan sonra 2 stəkan suyun içinə tökün. Ən az 20-40 dəqiqə sonra düyünü süzüb suyunu təmiz bankaya tökün. Soyuducuda 1 həftəyə qədər saxlamaq olar.
Düyü suyu nələrə faydalıdır?
Düyü suyu ilk növbədə dəri problemlərinin müalicəsində istifadə edilir. Yapon qadınları da dəri gözəlliyini düyü suyu ilə qoruyur.
Makiyaj disklərini, yaxud pambığı düyü suyuna batırıb dərini onunla silin. Yadda saxlayın ki, dəri təmiz olmalıdır. Düyü suyu dəri rəngini bərpa edir, sızanaq problemini azaldır, ekzemaya yaxşı təsir edir, allergiyanı sakitləşdirir, günəşdən yanmış dərini sağaldır.
Düyü suyu saç üçün faydalıdır. Saçınızı yuduqdan sonra düyü suyu ilə yaxalayın. Bu, su saç diblərini möhkəmləndirir və onlara sağlam görünüş qazandırır.
Düyü suyu eyni zamanda, ürəkbulanma və mədə pozulmasına da yaxşı təsir edir. Mədənizdə ağrılar varsa, 1 stəkan düyü suyunu yavaş-yavaş için. Bir saatdan sonra qarnınızdakı ağrılar tamamilə aradan qalxacaq.
Aytən
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?















.jpg)





.jpg)
















