Azərbaycanlı aparıcı arıqlamaq üçün BUNLARI ETDİ - FOTOLAR
Bizi izləyin

Gözəllik

Azərbaycanlı aparıcı arıqlamaq üçün BUNLARI ETDİ - FOTOLAR

Aparıcı Günel Hümbətova arıqlamasının sirrini izləyiciləri ilə paylaşıb.

Publika.az xəbər verir ki, məşhur aparıcı ana olduqdan sonra xeyli kökəlmişdi. Televiziya ulduzunun sözlərinə görə, qızı dünyaya gəldikdən sonra əvvəki formasına qayıtmaqda çətinlik çəkib. Lakin ciddi pəhriz və sağlam qidalanma sayəsində istəyinə müvəffəq olub. O, etiraf edib ki, bunun üçün şəkərdən tamamilə imtina edib, un məhsullarını isə minimuma endirib.

G.Hümbətovanın sosial şəbəkədə paylaşdığı pəhriz reseptini təqdim edirik:

1. Şəkəri minimuma endirdim və tədricən imtina etdim. Şirniyyat istəyini xurma və digər quru meyvələrlə əvəz edirəm, şəkər əvəzləyici istifadə etmirəm.

2. Un məmulatlarının qəbulunu minimuma endirmişəm. Yalnız çox nadir hallarda təndir çörəyi yeyə bilərəm.

3. Hər səhər 2 stəkan su! Mütləq və mütləq!

4. Hərdən sudan sonra türk kofesi içirəm.

5. Səhərlər yulaf sıyığı yeyirəm. 2-3 qaşıqdan artıq olmamaq şərti ilə.

6. Gün ərzində tez tez su içirəm.

7. Yalnız evdə dəmlənmiş yaşıl çay içirəm. Gündə yalnız 1 fincan. Ümumiyyətlə, çayı çox içməkdən çəkinin. Əvəzində su için.

8. Son 2 həftədir səhərlər qaraçörəkotu yağı içirəm, su ilə bərabər. Bir çox xeyirli tərəfləriylə yanaşı, metabolizmi sürətləndirir.

9. Mövsüm meyvə və tərəvəzləri öz yerində.

10. Yağlı yemək yemirəm. Duzdan isə çoxdan imtina etmişəm. Siz də edin.

P.S. Mən qurmanam. Dadlı yeməklərsiz həyat mənimçün mənasızdır. Hər şey yeyirəm, amma qədərində. Şirniyyatsız öləcəyimi düşünürdüm, amma orqanizmim artıq buna öyrəşib, xurma və faydalı olan quru meyvələrə üstünlük vermişəm. Bir də unutmayın ki, duzsuz da yeməklər dadlı olur. Hər bir tərəvəzin tərkibində yetərli qədər duz var. Sadəcə bunu duzdan imtina etdikdən sonra hiss edə bilərsiniz. Ağız dadının öyrəşməyindən asılıdır. Bu da tədricən mümkündür. 1 il əvvəl bunları daha sərt şəkildə edərək 22 kq arıqladım və bir ildir sadəcə bu qaydalara riayət edərək çəkimi saxlamağa və daha sağlam həyat tərzi sürməyə çalışıram.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm