Gözəllik
Qaşlar nə üçündür? - Ağlınıza gəlməyən FUNKSİYALARI var
Qaşlarımızın bizə nə üçün verildiyi ilə bağlı çox az düşünürük. Məsələn, burnumuzun, gözlərimizin funksiyaları bizə məlumdur. Bəs qaşlarımız?
Publika.az xəbər verir ki, qaşlarımızın estetik və fizioloji funksiyaları var. İnsana estetik gözəllik verən qaşların əsas fizioloji funksiyası gözlərimizi alnımızdan axan tər, yağış damlalarından qorumaqdır.
Fərqli dövrlərdə müxtəlif ölkələrdə qaşa olan münasibət də dəyişib.
Məsələn, renessans dövründə qaşın olması heç gözəl sayılmırdı və insanlar qaşlarını tamamilə alırdılar.
Qədim Misirdə də qaşlar tamamilə alınırdı, yerinəsə gicgaha qədər çatan süni qaş çəkilirdi.
Qədim asiyalılar qalın qaşları olanlara qibtə edir, qaşlarını hörə bilənləri isə bəxtəvər sayırdılar.
Qədim Çində qadınlar çatmaqaş arzulayır və belə qaşları ilahi gözəllik sayırdılar.
Bir çox fizionomlar qaşların da ən az gözlər qədər əhəmiyyətli olduğunu və qaşlara uyğun olaraq insanın xarakterini müəyyənləşdirməyin mümkün olduğunu deyirlər. Məsələn, texniki elmlərə meyilli insanların qaşları düz xətt şəklində, yaradıcı insanların qaşları isə əyri olur.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
















.webp)





















