Gözəllik
Məşhur professordan ŞOK açıqlama: “Kəllə-paça yeyən insanlar...” - VİDEO
Daxili xəstəliklər üzrə həkim, kardioloq və türkiyəli professor Canan Karatay xaşın tərkibinin kollagenlə zəngin olduğunu deyib. C.Karatayın sözlərinə görə, kəllə-paça yeyən insanların botoksa ehtiyacı yoxdur.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sağlam qidalanma ilə bağlı məsləhətlər verən professor yağlı quzu ətinin istənilən miqdarda yeyilə biləcəyini deyib. Onun sözlərinə görə, kəllə-paça insan sağlamlığı üçün olduqca faydalıdır:
“Çoxlu xaş yeyin, çünki o, ən dəyərli qidadır. Xaş xolesterini yüksəltdiyi üçün illərlə yeyilməməsi məsləhət görüldü. Amma gördüyünüz kimi xəstəliklər yenə də var və artır. Xaşın tərkibi vücudun ehtiyacı olan təbii proteinlə zəngindir, həm də təbii kollagendir. Qadınlar gedib botoks etdirirlər. Kəllə-paça yeyən insanların botoksa ihtiyacı qalmır”.
Nəzərinizə çatdırırıq ki, kollagen - insan orqanizminin fəaliyyəti üçün çox mühüm rol oynayır. Sümüklərin, qığırdaqların, əzələlərin, vətər və bağların tərkibinə kollagen daxildir. Məhz kollagen onların möhkəmliyi və fasiləsiz işinə cavabdeh sayılır. Başqa sözlə desək, kollagen - bütün orqanlar üçün birləşdirici toxuma rolunu oynayan, xüsusi yağlaşdırıcı zülaldır.
Kollagen həmçinin dərimizdə də çox miqdarda olub, onun möhkəmliyi və elastikliyini təmin edir. Lakin yaşlandıqca kollagenin istehsal prosesi zəifləyir və ilk olaraq dərinin vəziyyəti ilə özünü göstərir. Kollagen çatışmazlığı dəri qocalmasıın əsas səbəbidir. Dəri möhkəmlik və elastikliyini itiri, üst qatı nazikləşir, quruluq əmələ gəlir və nəticədə ilk qırışlar yerini tutur.
Aytən
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

































.jpg)

