İqtisadi gündəm
Krım: kurortlar ümidlərini rusiyalı turistlərə bağlayır
Krım rəhbərliyi ümid edir ki, yarımada Rusiyaya birləşəndən sonra, yerli kurortlar rusiyalı turistlər hesabına 100 faiz dolacaq.
“Hər il 5,5 milyonadək turist qəbul edirik. Onların böyük hissəsi Ukraynadan gəlirdi, Rusiyanın payına 2,5 milyon turist düşürdü. Yarımadanın Rusiyaya birləşməsindən sonra ümid edirik ki, bu il Krımda turist bumu ili olacaq", - Publika.Az xəbər verir ki, Krımın baş nazirinin birinci müavini Rustam Temirqaliyev “Rusiya-24” kanalına bildirb.
R. Temirqaliyev Rusiya aviaşirkətlərinin Simferopola uçuşların sayını artıracaqlarına ümid etdiyini qeyd edib.Bu arada isə Rusiya Turist operatorları assosiyasının icraçı direktoru Maya Lomidze bbcrusian.com–a deyib ki, "Krım istiqamətində aviareyslərin sayının artacağına bel bağlamaq olmaz".
"Əvvəllər Krıma qatarda da, avtomobildə də gəlirdilər - bu turist axınının yarısını təşkil edirdi və yalnız turistlərin 10-15 faizi təyyarədə gəlirdi. İndi qatar və avtomobildə iki sərhədi keçmək lazım gələcək", Maya Lomidze qeyd edib.Onun sözlərinə görə, çox şey Simferopola əlavə reyslərə biletlərin qiymətindən də asılı olacaq.
Aydəmir
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR