İqtisadi gündəm
İdxalla bağlı yeni gömrük rüsumları qüvvəyə mindi
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilməsi barədə qərarı qüvvəyə minib. "Report"un xəbərinə görə, dəyişikliklərlə bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərar iki il müddətində qüvvədə olacaq.
Dəyişikliklə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarın əlavəsi olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə bəzi mal mövqeləri üzrə gömrük idxal rüsumları əlavədə göstərilən tarif dərəcələrində təsdiq təsdiqlənib.
Belə ki, ağ sementin 1 kiloqramına 0,07 ABŞ dolları, kərpiclər, bloklar, lövhəciklər və silisli daş unundan və ya analoji silisium oksidi süxurlarından keramika məmulatlarının (məsələn, kizelqur, tripolit və ya diatomitdən) 1 kiloqramı üçün 0.04 ABŞ dolları, inşaat kərpiclərinin 1000 ədədi üçün 100 ABŞ dolları gömrük idxal rüsumu tutulacaq.
Bundan başqa, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilərin bir litri üçün 0,7 ABŞ dolları gömrük rüsumu tələb olunacaq.
Dəyişikliyə əsasən, qoz-fındığın təzə və ya qurudulmuş, qabığı təmizlənmiş və ya təmizlənməmiş, qabıqla və ya qabıqsız bir kiloqramı üçün 1.5 ABŞ dolları, soğanın bir kiloqramı üçün 0,2 ABŞ dolları, xiyarın bir kiloqramı üçün 0,4 ABŞ dolları gömrük idxal rüsumu müəyyənləşib.
Toyuq yumurtasının 1000 ədədi üçün 100 ABŞ dolları, ev quşlarının əti və ət əlavələrinin bir kiloqramı üçün 1 ABŞ dolları gömrük idxal rüsumu tutulacaq.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı