Ukrayna Milli Bankı 1,8 min dollar dəyərində nağd ödənişləri məhdudlaşdırdı
Bizi izləyin

İqtisadi gündəm

Ukrayna Milli Bankı 1,8 min dollar dəyərində nağd ödənişləri məhdudlaşdırdı

Ukrayna Milli Bankı bu gündən 50 min grivina dəyərində (1,8 min dollar) nağd ödənişləri qadağan edib.

Ukrayna Milli Bankı bu gündən 50 min grivina dəyərində (1,8 min dollar) nağd ödənişləri qadağan edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Milli Bank bunu nağd ödənişlərin azaldılması, nağdsız ödənişlərin inkişaf etdirilməsi ilə əsaslandırıb. Əvvəllər fiziki və hüquqi şəxslər arasında alqı-satqı əməliyyatları üçün pul vəsaitlərinin maksimal məbləği 150 min grivna təşkil edirdi. Bankdan verilən açıqlamaya əsasən, məhdudlaşdırma vətəndaşların gündəlik alış-verişinə təsir etməyəcək. Ancaq bahalı əşyaların alınması kimi əməliyyatlarda özünü göstərəcək.

Onu da bildirək ki, Ukrayna Milli Bankı bu qərarı verməklə İspaniya, İtaliya, Fransa və Yunanıstanın təcrübəsinə əsaslanıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm