“FES-də heç kəs sərt şəkildə faiz artımını düşünmür”
Bizi izləyin

İqtisadi gündəm

“FES-də heç kəs sərt şəkildə faiz artımını düşünmür”

"Mənim fikirim faizlərin zamanla mərhələli olaraq artırılması istiqamətindədir".

ABŞ Mərkəzi Bankının (FES) Klivlend şöbəsinin sədri Loretta Mester faiz artımı üçün şəraitin yetişdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Loretta inflyasiya təzyiqlərinin artması şəraitində FES-in faiz artımına getməsi üçün əngəl qalmadığını deyib:

"Əgər iqtisadiyyat getdiyi şəkildə davam edərsə, bu nöqtədə faizlərin artması barəsində rahatam. Mənim fikirim faizlərin zamanla mərhələli olaraq artırılması istiqamətindədir. İqtisadiyyatın hazırkı durumu faizləri yüksəltmək lazım olduğunu gündəmə gətirir. Amma onu deyə bilərəm ki, FES-də heç kəs sərt bir şəkildə faiz artımını düşünmür".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm