İqtisadi gündəm
“Azərsun”un baş icraçı direktoru vergilərin azaldılması ilə bağlı nazirə müraciət etdi
Bu gün Azərbaycanda Amerika Ticarət Palatasının ( AmCham ) və
Vergilər Nazirliyinin birgə təşkil etdiyi "Şəffaflığa doğru
birlikdə" mövzusunda vergi konfransında biznes strukturlarının
nümayəndələri ilə onları maraqlandıran məsələlərlə bağlı panel
müzakirələrdə fikir mübadiləsi aparılıb.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda Əlaqələr, xarici
işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin
moderatorluğu ilə keçən “Vergi xidmətlərinin islahatlarda rolu”
mövzusunda panel müzakirələri zamanı Vergilər Nazirliyinin Vergi
risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq
Şirinovun “Vergi inzibatçılığında islahatlar və struktur
təkmilləşdirilməsi” mövzusunda təqdimatı dinlənilib.
Daha sonra “Azərsun Holding”in Baş İcraçı Direktoru Savaş Uzan çıxış edib. O, Vergilər Nazirliyinin daim sahibkarların yanında olduğunu və dəstək verdiyini bildirib. Onun sözlərinə görə, "Azərsun Holding" strateji yol xəritəsindəki hədəflərə çatmaq üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır və yerli istehsal üçün gücünü səfərbər edir.
S.Uzan qeyd edib ki, dövlət dəstəyi ilə ixracatın artması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və xarici valyutanın ölkəyə daxil olmasına çalışılır. S.Uzan istehsalat üçün gətirilən xammalın vergidən azad edilməsi və başda ƏDV olmaqla kənd təsərrüfatı məhsullarının istehsalı və satışı prosesində vergi düzənlənməsinə yenidən baxılmasını vergilər naziri Fazil Məmmədovdan xahiş edib: "Bundan başqa cənab nazirdən vergi differensiallaşdırılması ilə bağlı xahişimiz var. Bunların nəzərə alınmasını istərdik".
Daha sonra "Deloitte & Touche” MMC-nin Vergi üzrə direktoru Emil Qarayevin “Şəffaf vergi uçotu”, “Mastercard” şirkətinin ölkə meneceri Alper Meriçin və E&Y-ın Baş Vergi meneceri Zaur Qurbanovun “Nağdsız ödənişlər və onların faydaları”, BP-nin Regional Vergi və Gömrük xidmətləri üzrə Meneceri Ceyhun Məmmədovun və PwC şirkətinin Azərbaycan filialının Baş təmsilçisi Mövlan Paşayevin “Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi və könüllü əməletmə” mövzularında təqdimatları olub.
“Societe Generale Banking Group”-un Azərbaycan və Qazaxıstan nümayəndəliyinin rəhbəri Teybə Quliyevanın moderatorluğu ilə keçirilən növbəti paneldə isə Vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədovun “Vergi xidmətləri vergi sistemində aparılan islahatlarda lokomotiv rolunda”, “Rabitəbank”ın İdarə Heyətinin sədri Müşfiq Əliyevin və “KPMG Azərbaycan”-ın Partnyoru, Vergi və Hüquq departamentinin rəhbəri Elçin Qədimovun “Vergi tənzimləməsinin maliyyə sektoruna təsiri”, “Baker Tilly Azerbaijan”ın Vergi və Hüquq xidmətləri üzrə baş meneceri Azər Əkbərovun “Transfer qiymətləri, “BDO Azerbaijan”ın Hüquq xidmətinin direktoru Sabit Abdullayevin “Vergidən yayınmanın qarşısının alınması: praktiki çətinliklər” mövzusunda təqdimatları dinlənilib.
Konfransın sonunda Vergilər Nazirliyi, Azərbaycan Respublikası Auditorlar Palatası, “Deloitte & Touche”,”EY Azərbaycan”, “PwC Azərbaycan”, “KPMG Azərbaycan” və arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Tədbirdə AmCham-ın üzvləri, diplomatik korpusun nümayəndələri, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və KİV nümayəndələri iştirak ediblər.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq