Əbülfəz Qarayev: “Azərbaycanlı qonaq üçün əlindəki sonuncu çolpanı da kəsir”
Bizi izləyin

İqtisadi gündəm

Əbülfəz Qarayev: “Azərbaycanlı qonaq üçün əlindəki sonuncu çolpanı da kəsir”

“Azərbaycanın yüksək qonaqpərvərlik ənənələri var. Azərbaycanlı qonağı yaxşı yedizdirmək üçün əlindəki sonuncu çolpanı belə kəsir. Yəni, bizdə qonağa xüsusi hörmət mövcuddur”.

Publika.az xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəz Qarayev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bu gün keçirilən “Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət” mövzusunda panel iclasında çıxışı zamanı bildirib.

Ermənistanın işğalçılıq siyasətinə də toxunan nazir Dağlıq Qarabağ münaqişəsinin baş verməsinə baxmayaraq, Azərbaycanda sosial sahələrin inkişaf etdiyini söyləyib:

“Azərbaycan 25 ildən çoxdur ki, Qarabağ münaqişəsi ilə üzləşib. Bizim çətinliyimiz var. Amma həyat davam edir. Azərbaycan bu cür çətinlikdə turizmi inkişaf etdirməyin gözəl modelini tapıb. Baxmayaraq ki, Azərbaycan işğalçılıqla üzləşib, ancaq turizmi də inkişaf etdirir, bunu qarşıya məqsəd qoyub”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm