Avropa İttifaqı Lənkərana 13,5 milyon avro ayırdı
Bizi izləyin

İqtisadi gündəm

Avropa İttifaqı Lənkərana 13,5 milyon avro ayırdı

Avropa İttifaqı Azərbaycanın Lənkəran rayonunun inkişafı üçün 13,5 milyon avro vəsait ayırıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, yeni yardım paketinin ayrılmasında məqsəd kənd və regionların inkişafı vasitəsilə ölkənin iqtisadi diversifikasiya siyasətini dəstəkləməkdir.

Bildirilir ki, adambaşına düşən investisiya və gəlirlərə görə Lənkəran ən aşağı səviyyədə olan regionlardan biridir, lakin, eyni zamanda, bu regionun bağçılıq sahəsində böyük potensialı var.

Qeyd olunur ki, proqramın məqsədi regionun rəqabətədavamlılığını artırmaq, meyvə-tərəvəz sahəsində dayanıqlı inkişafını təmin etməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm