İqtisadi gündəm
İTV-də maliyyə pozuntuları aşkarlandı - RƏSMİ
İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2015-2016-cı illərdə dövlət büdcəsindən ayrılmış subsidiyanın proqnozlaşdırılmayan istiqamətlərdə xərcləndiyi üzə çıxıb.
Publika.az xəbər verir ki, bu, Hesablama Palatasının Hesablama Palatasının "Dövlət auditi" bülleteninin ikinci nömrəsində dərc olunmuş İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinin auditi üzrə hesabatın xülasəsində əksini tapıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2015 və 2016-cı
illərdə dövlət büdcəsindən 16 milyon 552 min 800 manat ("məhsula
görə ödənişlər" maddəsi üzrə 165 milyon manat, "bank xərcləri"
maddəsi üzrə 52 min 800 manat) ayrılıb. Bu illər üzrə aparılan
təhlil göstərib ki, bəzi xərc istiqamətləri üzrə icra tam
aparılmayıb, bir sıra xərc istiqamətləri üzrə nəzərdə tutulduğundan
çox icra edilib, bəzi hallarda isə nəzərdə tutulmuş subsidiya
proqnozlaşdırılmayan istiqamətlərə yönəldilib. Subsidiyalar əsasən
alışlar və xidmətlər, nəqliyyat vasitələri və digər maşın və
avadanlıqların alışı və sair xərclərin tənzimlənməsi üçün nəzərdə
tutulduğu halda, faktiki olaraq 2015-ci il üzrə icrada cari və
əsaslı təmir xərcləri, 2016-cı ildə isə inventar və avadanlığın
alışı və təmiri, həmçinin əsaslı təmir xərcləri üstünük təşkil
edib, proqnoz məbləğindən artıq vəsait sərf edilib
Ümumiyyətlə, 2015-2016-cı illər üzrə büdcə xərclərinin müqayisəli
təhlili göstərib ki, nəzərdə tutulmuş xərclərin ümumi məbləği demək
olar ki, dəyişməz qaldığı halda bəzi xərclərin icrası kəskin fərqli
olub. İdarənin xərcləri 2015-ci ildə 99 min 411,5 manat olduğu
halda 2016-cı ildə bu xərc üzrə vəsait istifadə olunmayıb. İnventar
və avadanlığın alınmasına 2015-ci ildə 292 min 93,8 manat, 2016-cı
ildə isə 1 milyon 108 min 444,4 manat və ya 816 min 350,6 manat
çox, qeyri-maliyyə aktivlərinin alınmasına isə 2015-ci ildə 150 min
733,2 manat, 2016-cı ildə isə 398 min 974, 1 manat və ya 248 min
240,9 manat çox vəsait xərc edilib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin xərcləri dövlət
büdcəsi ilə yanaşı göstərilən əlavə xidmətlər, o cümlədən reklam,
verilişə edilən sponsor yardımları və digər mənbələr hesabına da
maliyyələşdirilib. Şirkətin reklam və sponsorlardan gələn gəlirlər
üzrə 2015-ci ildə 257 min 255,3 manat (27 halda reklam gəliri),
2016-cı il ərzində isə 50 min 883,6 manat (14 halda reklam gəliri),
eyni zamanda 2016-cı ildə tender iştirak haqları üzrə 3 min 50
manat təşkil edib. Beləliklə, digər mənbələrdən daxilolmaların
təhlili göstərir ki, 2016-cı ildə bu xərclərin məbləği 2015-ci illə
müqayisədə 206 min 371,7 manat az olub.
Sənəddə qeyd edilir ki, bu, İctimai Televiziya və Radio Yayımları
Şirkəti tərəfindən İctimai televiziya və radio yayımı haqqında
qanunun müvafiq maddələrində nəzərdə tutulmuş mənbələr üzrə
vəsaitin daxilolması işinin zəif təşkili kimi
qiymətləndirilməlidir.
İctimai Televiziya və Radio Yayımları Şirkətində 2015-ci ilin
sonuna əmək haqqından dövlət sosial-sığorta üzrə ümumilikdə 47 min
898,5 manat, qonorar məbləğinə görə 44 min 454,9 manat, 2016-cı
ilin sonuna isə sosial-sığorta üzrə 26 min 950,1 manat, qonorar
məbləğinə görə isə 25 min 524,7 manat artıq ödəmə üzə çıxıb.
Auditlə əhatə olunan dövrdə əmək haqqı xərclərinin hesablanması və
ödənilməsi zamanı bir neçə halda normativ sənədlərin tələblərinə
əməl edilməməsi nəticəsində nöqsan və artıq xərclərə yol verilib.
Elmi dərəcələrə görə 4 min 615,2 manat məbləğində artıq vəsait
xərclənib. Həmçinin müxtəlif səbəblərdən 2 min 848 manat artıq
əməkhaqqı ödənilib. Bununla yanaşı, tarif (vəzifə) maaşlarına aylıq
20-40 faiz nisbətində əlavə olan üstəlik aylıq 20 faiz mükafat
ödənişi zamanı mükafatın məbləğinin tarif (vəzifə) maaşına əsasən
deyil, əlavələrlə birlikdə hesablanmış əmək haqqına tətbiq edilməsi
nəticəsində 3 min 232 manat məbləğində artıq mükafat ödənilib. Yol
verilmiş səhvlər nəticəsində 2015-2016-cı illərdə ümumilikdə 2 min
724,6 manat məbləğində gəlir vergisi əskik tutulub. Ezamiyyə
xərclərinin ödənilməsi zamanı 5 min 788,4 manat məbləğində artıq
xərcə yol verilib. 2015-2016-cı illərdə smeta sənədləri və
qiymətləndirmə cədvəllərinin seçmə üsulu ilə sənədli auditi
nəticəsində əsaslı təmir işlərinin aparılması zamanı podratçı
təşkilatlara 22 min 711 manat məbləğində artıq vəsait ödənildiyi
müəyyən edilib.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi