DGK ötən il dövlət büdcəsinə 2 milyard 608 milyon manat köçürmə edib
Bizi izləyin

İqtisadi gündəm

DGK ötən il dövlət büdcəsinə 2 milyard 608 milyon manat köçürmə edib

2017-ci il üçün Dövlət Gömrük Komitəsiüzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin edilib.

“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib.

"Ötən il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 2 milyard 250 milyon manat büdcə proqnozuna qarşı, faktiki olaraq 2 milyard 608,8 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 115,6 faiz yerinə yetirilib. Bu isə 2016-cı illə müqayisədə 317,2 milyon manat və ya 13,8 faiz çoxdur. Onu da qeyd edim ki, 2017-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyən edilən büdcə öhdəliyi hələ ilin başa çatmasına bir ay yarım qalmış yerinə yetirilib", - deyə o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm