"Ölkə iqtisadiyyatındakı dirçəliş göz önündədir" - ŞƏRH
Bizi izləyin

İqtisadi gündəm

"Ölkə iqtisadiyyatındakı dirçəliş göz önündədir" - ŞƏRH

“Regionların inkişafına dair Dövlət Proqramı ölkə iqtisadiyyatının taleyində mühüm rol oyanyır”.

Bu sözləri Publika.az-a regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib. O bildirib ki, regional inkişafa dair Dövlət Proqramı 2018-ci ilə qədər görülən işlərin davamı kimi uğurlu olacaq:

“Ötən illərdə regionlarda infrastruktur layihələrinin genişləndirilməsi, yol və kanalizasiya xətlərinin çəkilməsi, məktəblərin, xəstəxanaların tikilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Eyni zamanda bu işlər qarşıdakı illərdə də sürətlə davam etdirləcək. Hazırda bu proqram çərçivəsində nəzərdə tutulan işlərin görülməsi yeni istehsal sahələrinin yaradılmasına, regionlarda qeyri-neft sektorunun daha da genişləndirilməsinə xidmət edəcək. Çoxsaylı iş yerlərinin açılması gözlənilir”.

Millət vəkili qeyd edib ki, 2017-ci il üçün ölkə iqtisadiyyatıa 15 milyard manata qədər sərmayə qoyulub:

“Ötən ili xarakterizə edəcək ən önəmli layihələrdən biri “Bakı-Tbilisi-Qars” dəmiryol xəttinin açılışıdır. Bundan başqa, Neftçalada xüsusi qurumların yaradılıb, Sumqayıtda və digər bölgələrdə yeni infrastruktur layihələri gerçəkləşdirilir. Ötən illərdə ölkə iqtisadiyyatında daxili istehsalda 3 faizə qədər düşüş qeydə alınmışdısa, artıq ötən il bu göstəricilərdə 1 faziə qədər artım müşahidə edilib. Təbii ki, bu Azərbaycan iqtisadiyyatının potensialına uyğun artım olmasa da, özündən əvvəlki illərin (2015-2016) zəif göstəriciləri ilə müqayisədə proqramlı şəkildə aparılan islahatların uğurlu nəticələrindən xəbər verir. Ölkə iqtisadiyyatındakı dirçəliş göz önündədir. Azərbaycanın Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizinə çevrilməsi də bizim üçün önəmli məqamlardan biridir”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm