“Ümumi daxili məhsulumuz dörd dəfə artıb” - Nazir müavini
Bizi izləyin

İqtisadi gündəm

“Ümumi daxili məhsulumuz dörd dəfə artıb” - Nazir müavini

“Son 10 ildə ümumi daxili məhsulumuz 4 dəfə artıb”.

Publika.az xəbər verir ki, Bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Dayanıqlı İnkişaf Məqsədlərinə dair təlimdə deyib.

Onun sözlərinə görə, 10 il ərzində neft və qeyri-neft sektorları inkişaf edib: “Valyuta ehtiyatlarımız artıb. Eyni zamanda büdcə gəlirlərimiz 2,7 dəfə artıb. Bu potensial Azərbaycanın inkişaf məqsədlərinin həyata keçirməsinə yardım edib”.

Sevinc Həsənova bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən düşünülən düzgün siyasət nəticəsində yoxsulluq azaldılıb: “Yoxsulluğun yarıya kimi azaldılması Azərbaycanı 18 ölkə sırasında daxil etdi ki, bu ölkələr həmin hədəfə nail ola bilib. Həmçinin ölkəmiz yoxsulluğu 5 faizə endirərək, 29 ölkə sırasında yer tutdu. 2000-ci illərdə biz bu təşəbbüsə qoşulanda Azərbaycan əhalisinin yarısı yoxsulluq səviyyəsində yaşayırdı. İndi biz bu rəqəmi 10 dəfə azaltmışıq”.

Nazir müavini 2003-2005-ci ildə yoxsulluğun azaldılması və İqtisadi İnkişaf Proqramını qeyd edib və bu proqramların məntiqi davamı olaraq 2020-ci ildə gələcəyə baxış konsepsiyasını vurğulayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm