Azərbaycan neftinin bir bareli 65 dollara satılır
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan neftinin bir bareli 65 dollara satılır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 65,2 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,41 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 64,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,4 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 60,17 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,17 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 62,98 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,17 dollar/barel azdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm