Ağdaşda biyan emalı zavodu inşa olundu
Bizi izləyin

İqtisadi gündəm

Ağdaşda biyan emalı zavodu inşa olundu

Ağdaş rayonunda biyan emalı zavodunun inşası başa çatıb.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, ümumilikdə, 10,6 hektar ərazidə biyan tədarükü və emalı zavodu, məhsul saxlama anbarı, ofis binası, qazanxana və elektrik yarımstansiyası, yeməkxana tikilib. Müəssisənin 6480 kvadratmetrlik istehsal sahəsində biyanın doğranılması üçün 3 xətt quraşdırılıb. İki avtomatik xətt saatda 3 ton, əl əməyindən istifadə edilən bir xətt isə saatda 800 kiloqram biyan doğraya bilir.

Müasir avadanlıqların quraşdırıldığı müəssisə tam gücü ilə işə düşdükdən sonra 150 nəfər daimi işlə təmin olunacaq. Zavod tərəfindən 220 hektar sahədə biyan əkilib. Ümumilikdə 1000 hektar istifadə olunmayan boş torpaq sahəsində biyan əkini üçün işlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm