İqtisadi gündəm
Serbiya “Cənub axını”ndan imtina etdi
Bolqarıstanın ardınca Serbiya hökuməti də Rusiyanın “Cənub axını” qaz kəmərinin tikintisini təxirə saldığını elan edib.
Publika.az Ukrayna saytlarına istinadən xəbər verir ki, bu barədə Serbiyanın nəqliyyat və infrastruktur naziri Zoran Mixayloviç bildirib. O deyib ki, Serbiya Bolqarıstanın Avropa İttifaqı ilə “Cənub axını”na dair danışıqlarının necə yekunlaşacağını gözləyəcək: “İstənilən halda, kəmərin ölkə ərazisində tikintisi təxirə salınıb”.
Onu da bildirək ki, Serbiya ərazisində kəmərin uzunluğu quruda 442, su altında isə 158 kilometr təşkil edəcəkdi.
Bu arada Bolqarıstan hökumətinin “Cənub axını”nın tikintisini Vaşinqtonun təzyiqi ilə dayandırdığı məlum olub. Senatorlar Con Makkeyn, Ron Conson və Kristofer Merfi bazar günü Sofiyada baş nazir Plamen Oraşarksi ilə qapalı görüş keçiriblər. Görüşdə Ukraynadakı situasiya diqqət mərkəzində olub.
Qeyd edək ki, Rusiyanın Çinlə mavi qaz sazişi imzalaması Avropada bu ölkədən enerji asılılığını azaltmaqla bağlı təşəbbüsləri yenidən gündəmə gətirib. Alternativ olaraq Türkiyə üzərindən keçəcək qaz kəməri layihəsi irəli sürülür. Avropa “Cənub dəhlizi”nin ən ciddi variant olduğunu bəyan edib. Nəzərə çatdıraq ki, uzunmüddətli perspektivdə Türkmənistan, İraq sanksiya şərtlərinə əməl edərsə, İranın da “Cənub dəhlizi”nə qoşulması istisna edilmir.
2013-cü ildə cəmi 400 milyard avro dəyərində enerji idxalını reallaşdıran AB bu vəsaitin 130 milyard avrosunu Rusiyaya ödəyib. Estoniya, Latviya, Litva, Slovakiya, Finlandiya və Bolqarıstanın enerji sahəsində Rusiyadan asılılığı 100 faiz təşkil edir.
İqtisadiyyat şöbəsi
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu