Dövriyyəyə yeni əsginazlar buraxıla bilər - Deputatdan AÇIQLAMA
Bizi izləyin

İqtisadi gündəm

Dövriyyəyə yeni əsginazlar buraxıla bilər - Deputatdan AÇIQLAMA

"200 manatlıq əsginazların dövriyyəyə buraxılması əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədardır".

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili 200 manatlıq yeni əsginazın təqdimat mərasimində iştirak etdiyini və bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmovla söhbət etdiyini diqqətə çatdırıb:

“Əsginazların dövriyyəyə buraxılmasının devalvasiya və inflyasiya ilə əlaqələndirilməsi düzgün deyil. 200 manatlıq əsginazların dövriyyəyə buraxılması builki təqvimlə əlaqədardır. Hesab edirəm ki, heç bir devalvasiyadan söhbət getməməlidir. Çünki Azərbaycanın kifayət qədər ehtiyatları var, o cümlədən neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında təxminən 6 milyard manata yaxın müsbət saldo var və pul kütləsinə Mərkəzi Bank tərəfindən çox ciddi nəzarət edilir. Ona görə də hər hansı problemlər gözlənilmir”.

Deputat 200 manatlıq əsginazlardan əlavə dövriyyəyə başqa yeni əsginazların da buraxıla biləcəyini istisna etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm