İqtisadi gündəm
Azərbaycan və Latviyanın iştirakı ilə yeni multimodal marşrut yaradılacaq
Ölkələr arasında mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutu yaradılacaq.
Publika.az bildirir ki, bu barədə Trend-ə Latviya Nəqliyyat Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, bu marşrut "Şimal-Cənub" layihəsi çərçivəsində fəaliyyət göstərəcək.
Qurumdan deyiblər ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi "Latviya Dəmir Yolları" QSC qismində Latviyanın logistika sahəsinin prioritetləri siyahısına daxildir:
"Mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutu yaradılır. Təklif olunan logistik qərarın Hindistandan Avropaya effektiv, etibarlı və sürətli yük axınını təmin edəcəyi nəzərdə tutulur. Latviyanın logistik xidmətləri və üstünlüklərindən istifadə etməklə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində Baltika və Şimali Avropa, eləcə də Şərqi və Qərbi Avropa regionu ölkələrinə çıxış yaranır".
Nazirlikdən bildiriblər ki, Latviya Azərbaycanı Avrasiya məkanında yeni nəqliyyat marşrutlarının inkişafı baxımından çox mühüm tərəfdaş hesab edir:
"Azərbaycandan iki çox vacib beynəlxalq nəqliyyat dəhlizi keçir - Hindistan, İran, Azərbaycan, Rusiyanın şimal-qərbi və Baltik dənizi regionunu birləşdirən "Şimal-Cənub" dəhlizi, həmçinin Yeni İpək Yoluna daxil olan, Xəzər və Qara dəniz regionları arasında strateji əlaqə yaradan TRACECA - Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi. Bununla əlaqədar olaraq hesab edirik ki, Azərbaycanın yükdaşımanın inkişafı baxımından əla perspektivləri var. İranla dəmir yolu xəttinin inkişafı "Şimal-Cənub" dəhlizini möhkəmləndirəcək, artıq istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq-Qərb istiqamətini inkişaf etdirəcək".
Qeyd olunub ki, o cümlədən Azərbaycan və Latviya arasında logistik tədarük zəncirinin inkişafı üçün yeni imkanlar Çinin "Bir zolaq, bir yol" təşəbbüsünü yarada bilər:
"Latviya Azərbaycana Şimal-Cənub və Şərq-Qərb istiqamətlərindəki logistik marşrutlarını bizim dəmir yolları və limanlarımız vasitəsilə Şimali və Qərbi Avropa bazarlarına çıxış əldə etməklə təkmilləşdirməyi təklif edə bilər".
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO