Azərbaycanda avtomobil istehsalında artım var
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda avtomobil istehsalında artım var

2018-ci ildə Azərbaycanda avtomobil istehsalı 31 dəfə artıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a bildirilib ki, ötən il maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 282 milyon manatlıq məhsul istehsal edilib. 2017-ci illə müqayisədə avtomobil istehsalı 31 dəfə artıb, maşın və avadanlıqların istehsalı 19,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 67,3 faiz azalıb. İl ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı, 1303 ədəd traktor, 973 ədəd minik avtomobili istehsal olunub, mancanaq dəzgahlarının istehsalı 2,2 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 1,2 faiz isə artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm