İqtisadi gündəm
"Bu proseslərin heç birində gömrük əməkdaşları iştirak etməyəcək" - Komitə sədri
“Gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamədən sonra
bir neçə gün cavabın gözlənilməsi texniki məsələlərlə bağlıdır. Bu
problemin aradan qaldırılması üçün təkliflər hazırlayırıq. Yaxın
günlərdə bu məsələ həllini tapacaq”.
Publika.az xəbər verir ki, bu sözləri Dövlət
Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət
proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransında çıxışı
zamanı deyib.
S.Mehdiyev bildirib ki, bu problemin aradan qaldırılması yüklərin
daha rahat boşaldılmasına imkan yaradacaq.
“Anbarlarla bağlı problemə gəldikdə bütün yükləri açıb boşaltmaq
üçün texniki imkanımız yoxdur. Sahibkarlımızın "sərhəddən anbara"
prinsipi ilə işləməsini istəyirik. Sahibkar gətirilən malları
birbaşa öz anbarına ötürəcək, bir saat ərzində malın
buraxılıb-buraxılmayacağı barədə ona məlumat veriləcək. Bu zaman
gömrük əməkdaşlarının bu prosesdə iştirakına ehtiyac olub-olmaması
barədə də onlara məlumat veriləcək. Proses fevral ayının 1-dən
başlayır. Həmçinin gələn ayın 1-dən ixrac məhsulları, xüsusən kənd
təsərrüfatı məhsullarının yaşıl dəhlizə tətbiqinə şərait
yaradılacaq. Hər bir ixracatçı öz anbarında malını bəyan edəcək,
gömrük məmuru görmədən elektron bəyannaməsini yazacaq, nəqliyyat
vasitəsinin sərhəddə doğru hərəkəti təmin ediləcək. Bu proseslərin
heç birində gömrük əməkdaşları iştirak etməyəcək. Həmçinin
anbarlarda qarışıq malların operativ açılması üçün anbarların
sayının artırılmasında maraqlıyıq”.
Gülxar
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu