Kreditə görə məhkəməyə verilənlərə ŞAD XƏBƏR - VİDEO
Bizi izləyin

İqtisadi gündəm

Kreditə görə məhkəməyə verilənlərə ŞAD XƏBƏR - VİDEO

Problemli kreditlərin həlli ilə bağlı imzalanan fərman Azərbaycanda məhkəmələrdən 311 min işin geri qayıtmasına səbəb olacaq.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Ziyad Səmədzadə "Xəzər Xəbər"ə bildirib. Millət vəkili bu fərmanla dövlətin bütün yükü üzərinə götürdüyünü deyib və bankları daha ədalətli və məsuliyyətli olmağa çağırıb:

''Problemli kreditlərin həlli ilə bağlı sənədin maliyyə tutumu 1,6 milyard manatdır ki, bu da Azərbaycanın 90-cı illərin əvvəlindəki büdcəsindən çoxdur''.

Millət vəkili bildirib ki, verilən kreditlərin 92%-lik hissəsi 10 min dollardan aşağıdır. Bu sənədlə vətəndaşların kreditə görə banklara olan 700 milyon manatlıq borcu dövlət tərəfindən ödəniləcək və üstəlik banklara çox kiçik faizlə böyük həcmdə kredit veriləcək. Yəni banklar da məsuliyyətli və ədalətli olmalıdır.

Ziyad Səmədzadə onu da bildirib ki, hazırda dünyanın heç bir dövlətində problemli kreditlərə görə belə əhatəli sənəd imzalanmayıb və bu sosial əhəmiyyətli addım Azərbaycanın sosial yönümlü siyasət yeritdiyinin bariz nümunəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm