İqtisadi gündəm
Azərbaycan bu ölkələr üçün donor olacaq - Dünya Bankı
Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) aprel ayında keçiriləcək toplantısında Azərbaycanın yoxsul ölkələrə donor qismində nə qədər vəsait ayıracağı müəyyən olunacaq.
Publika.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon deyib.
Regional direktor yoxsul ölkələrə göstərdiyi dəstək və yardıma görə Azərbaycana minnətdarlığını bildirib:
"Azərbaycan da 1992-ci ildə Dünya Bankına yenicə qoşulanda yoxsul ölkə idi. Bu gün isə Azərbaycan dövləti bir çox sahələrdə əhəmiyyətli dərəcədə uğurlar əldə edib və yoxsul ölkələrə öz yardımını təklif edir. Biz buna görə çox şadıq və Azərbaycana minnətdarıq".
Azərbaycanın Dünya Bankının strukturuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) kimi institutlarda səhmlərinin artırılması məsələsinə gəldikdə M.Tembon qeyd edib ki, ölkə buna öz razılığını verib və zəruri sənədləri imzalayıb:
"Ən əsas məsələ razılaşmanın əldə olunması və Azərbaycanın razılığının alınması idi. Buna da nail olmuşuq. Ancaq biz ölkənin öz payını nə qədər artıracağını bilmirik. Bu, uzun prosesdir və 10 ilə yaxın vaxt apara bilər".
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO