İqtisadi gündəm
Azərbaycan Çində daha iki ticarət evi açmağı planlaşdırır
Bu il Azərbaycan Çində iki ticarət evi açmağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, bu ticarət evlərinin açılmasını nəzərdə tutan memorandum Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində imzalanıb:
“2017-ci ildə biz Çində ticarət nümayəndəliyi açmışıq. Çində artıq üç ticarət evimiz fəaliyyət göstərir. Bu bazar əsasən spirtli içkilərin tədarükü və kənd təsərrüfatı məhsullarının emalı baxımından maraqlıdır”.
Ş.Mustafayev deyib ki, Azərbaycan və Çin ticarətin inkişafı üçün böyük potensiala malikdir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dolları ötüb:
“Azərbaycan Cənubi Qafqazda Çinin əsas ticarət tərəfdaşıdır. Ölkəmizin payına Çinin bu region ölkələri ilə ticarət dövriyyəsinin təxminən 43 faizi düşür. Azərbaycan Çin iqtisadiyyatına 1,7 milyard dollar, Çin şirkətləri isə Azərbaycan iqtisadiyyatına 800 milyon dollar investisiya qoyub”
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu