MDB
Rusiyadan Ukraynaya Krımla bağlı ŞOK TƏKLİF: Zelenski tədricən...
Ukrayna hakimiyyəti Krımın Rusiyaya birləşdirilməsinin tədricən tanınması planını hazırlamalıdır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin Krımdan olan üzvü Sergey Sekov bildirib.
“Krımın Ukraynaya qayıdışı üçün heç bir variant yoxdur. Bu prosesin zəruriliyinə baxmayaraq, Ukrayna prezidenti Vladimir Zelenski və onun ətrafına Krımın Rusiya statusunu dərhal tanımaq çətindir, çünki bu müəyyən reaksiya doğuracaq. Buna görə də ona güzəştli variantları axtarmaq lazımdır. Onlar Krımın Rusiya tərkibində tədricən tanınması planını hazırlamalıdır”, - Sekov deyib.
Onun sözlərinə görə, hakimiyyəti Krımın Rusiyaya birləşdirilməsinin rəsmi tanınması iki dövlətə münasibətləri yaxşılaşdırmağa imkan verəcək.
“Təəssürat formalaşır ki, Zelenski Krımı Ukraynaya qaytaracağını düşünür, hərçənd insanlar, real siyasəti anlayırlar, anlayırlar ki, bu, bu çox səbəblərdən heç vaxt olmayacaq”, - agentliyin həmsöhbəti deyib.
Qeyd edək ki, Krım 2014-cü ilin martında Ukrayna baş verən hakimiyyət dəyişiklikləri zamanı Rusiaya tərəfindən ilhaq edilib. Qərb Krımın ilhaqını tanımır. Rusiya isə bunun beynəlxalq normalar və Krım əhalisinin müstəqil iradəsi əsasında baş verdiyini iddia edir. Rusiya Federasiyası prezidenti Vladimir Putinin sözlərinə görə, Krım məsələsi qəti bağlanıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu