İqtisadi gündəm
Azərbaycan və Gürcüstandan Qarabağla bağlı xüsusi layihə
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Gürcüstan Demokratik Təşəbbüslər və Əhali və İnkişaf Birliyinin nümayəndələri Nodar Xerxulidze və Arçil Maçavariani ilə görüş keçirilib.
Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurum haqqında qonaqlara ətraflı məlumat verərək ölkəmizdə QHT sektorunun inkişafı haqqında danışıb. A.Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dünya ictimaiyyətinə ədalətli, obyektiv məlumatların çatdırlmasının Şuranın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb.
Şuranın dəstəyi ilə həyata keçirdikləri layihə haqqında məlumat
verən QHT nümayəndələri əsas məqsədin Azərbaycan, Gürcüstan və
Moldovanın işğal altında olan torpaqlarına edilən qanunsuz
səfərlərin qarşısının alınması üçün müvafiq təklif və mexanizmlərin
hazırlanması olduğunu bildiriblər. QHT nümayəndələri olan
tədqiqatçıların səfərində məqsəd ölkəmizin işğal edilmiş
ərazilərinə edilmiş qanunsuz səfərlər haqqında statistik məlumatlar
toplamaq və Azərbaycan hökumətinin bu istiqamətdə həyata keçirdiyi
fəaliyyətlə tanış olmaqdır.
Hazırlanacaq tədqiqat işi dünya ictimaiyyətinin diqqətini işğal
altında olan topraqlara edilən qanunsuz səfərlərin beynəlxalq hüquq
normalarının kobud pozulması halı olmasına yönəldəcək. Qonaqlar
məlumat verib ki, layihə çərçivəsində 25 sentyabr 2014-cü ildə
Tbilisidə Dağlıq Qarabağ, Dnestryanı, Cənubi Osetiya və Abxaziyaya
qanunsuz səfərlərin edilməsinə həsr olunan 2 günlük konfrans
keçiriləcək. Toplantıda diplomatik korpusun, beynəlxalq
təşkilatların nümayəndələri, müxtəlif ekspertlər, Azərbaycan,
Gürcüstan və Moldovanın dövlət orqanlarının, eləcə də KİV
təmsiçilərinin iştirakı nəzərdə tutulur. Konfransın sonunda işğal
olunmuş torpaqlara edilən qanunsuz səfərlərin pislənməsi ilə bağlı
bəyanat və yekun hesabat qəbul olunacaq. Hesabatda dünya
ictimaiyyəti işğal olunmuş ərazilərə edilən qanunsuz səfərləri
qınamağa dəvət ediləcək.
A.Quliyev təşkilatın hazırlayacağı hesabatda Dağlıq Qarabağ
münaqişəsinə dair obyektiv və dolğun məlumatların əksini tapmasının
vacibliyini diqqətə çatdırıb. Şura sədri hesabatın dünya
ictimaiyyətinin Azərbaycanın haqlı mövqeyinin aydın başa
düşülməsinə yardımçı olacağını və Dağlıq Qarabağ və digər işğal
altında olan torpaqlara qanunsuz səfər etmək niyyətində olanları
fikirlərindən daşındıracağını gözlədiklərini qeyd edib.
Qeyd edək ki, QHT nümayəndələrinin müxtəlif nazirlik və komitələrdə
görüşlərini davam etdirməsi nəzərdə tutulur.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO