İqtisadi gündəm
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı müzakirə edildi
Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Elm, Sənaye və Texnologiya nazirinin müavini Həsən Böyükdedenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, görüşdə Şahin Mustafayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq əməkdaşlığımızın uğurla inkişaf etdiyini, ölkələrimiz arasındakı əlaqələrin strateji səviyyədə olduğunu deyib.
Qeyd edilib ki, dövlət başçılarının səmimi dostluq münasibətləri, əməkdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm tərəfdaşlığın daha da dərinləşməsini şərtləndirən əsas amillərdir.
Şahin Mustafayev iqtisadi əlaqələrin inkişafında Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın əlverişli platforma olduğunu diqqətə çatdırıb, bu ilin sentyabrında Bakıda Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın iştirakı ilə Komissiyanın 8-ci iclasının keçirildiyini xatırladıb. Qeyd edilib ki, Komissiyanın iclasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan hərtərəfli Fəaliyyət Planının qəbul edilməsi iqtisadi-ticarət münasibətlərimizin inkişafına, yeni birgə layihələrin reallaşdırılmasına töhfə verəcəkdir.
İqtisadiyyat naziri Azərbaycanda həyata keçirilən islahatlar, ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti, əldə olunan nailiyyətlər barədə məlumat verib.
Bildirib ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, sənaye sahəsində də sıx əlaqələr mövcuddur və Azərbaycan müəssisələri Türkiyənin sənayenin innovativ üsullarla inkişafında zəngin təcrübəsindən yararlana bilərlər. Sumqayıt Kimya Sənaye Parkının təşkilində artıq Türkiyə təcrübəsindən istifadə edilib.
Nazir qida, əczaçılıq, yüngül sənaye, maşınqayırma, texniki avadanlıq istehsalı və s. istiqamətlərdə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb və hər iki ölkənin işgüzar dairələrini bu imkanlardan yararlanmağa, birgə layihələr həyata keçirməyə dəvət edib.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Türkiyənin Elm, Sənaye və Texnologiya nazirinin müavini Həsən Böyükdede Azərbaycan-Türkiyə iqtisadi-ticarət, investisiya əməkdaşlığının uğurlu inkişafını vurğulayıb, sənaye sahəsində əlaqələrin genişləndirilməsinin önəmini diqqətə çatdırıb.
Görüşdə sənayenin müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, oktyabrın 14-15-də Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Toplantısı çərçivəsində biznes forumun təşkili barədə müzakirələr aparılıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR