İqtisadi gündəm
Bütün proqnozları düz çıxan ekspertdən ŞOK XƏBƏRDARLIQ: Yeni böhran gəlir, ABŞ və Çin müharibəsi...
İqtisadiyyat ilə bağlı açıqladığı əksər proqnozları özünü doğruldan dünyaca məşhur iqtisadçı ekspert Nouriel Roubini yeni açıqlamaları ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, ekspert "Anadolu Agentliyi"nə açıqlamasında ABŞ və İran arasında neftin qiymətini artıra biləcək gərginliyin olmadığını deyib.

Ekspert qeyd edib ki, ABŞ və Çin arasında yaşanan ticarət müharibəsi və texnoloji gərginliklər, sərt "Breksit" ehtimalı və Yaxın Şərqdəki geosiyasi risklərin artmasından dolayı mərkəzi banklar tərəfindən genişləndirilən valyuta siyasəti qlobal maliyyə durumunu yüngülləşdirib, qlobal durğunluq riskini azaldıb.
"Çin, Avropa, Yaponiya və inkişaf etməkdə olan iqtisadiyyatdan gələn bilgilər maliyyə bazarının inkişafına dair xoş ab-hava ilə uzlaşmır. Gələcək 4 ay ərzində qlobal böyümə əhəmiyyətli dərəcədə olmayacaq. Bir çox mərkəzi bank edə biləcəklərinin sərhədlərinə yaxınlaşır. Bir zəiflik varsa, maliyyə avtoritariyasının böyüməni təşviq edəcək şəkildə hərəkətə keçməsi lazımdır. Dünyanın bir çox ölkəsində ictimai borc milli gəlirlərdən çoxdur".
Avropada potensial böyümə aşağıdır
Avropanın bir çox ölkəsində hələ də vergi faizləri yüksəkdir. Sabiq Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın maliyyə siyasətini iqtisadi inkişaf və tələblər üçün istiqamətləndirici şəkildə istifadə etməsinə rəğmən, növbəti 12 ay ərzində maliyyə siyasəti sadəcə ilıq genişləmə göstərəcək. İnkişaf etmiş ölkələrin mərkəzi bankları edə biləcəklərinin sərhədinə yaxınlaşsalar da, daha çoxunu etməyə məcbur qalacaqlar. Avropada iqtisadi fəaliyyət zəifdir. ABŞ və Çin arasında olan ticarət riski və inkişaf etməkdə olan bazarların yavaşlaması səbəbilə hazırda istehsalda durğunluq var. Sərt "Breksit" riskindən dolayı Almaniya potensial durğunluğun uçurumundan son anda xilas oldu. Avropada yaşlı əhalinin sayı çoxdur. Yavaş reformasiya prosesi gedir. Buna görə də potensial böyümə aşağıdır”.
ABŞ və Çin arasındakı "Faz 1" razılaşması ilə ticarət anlaşmazlıqlarının dayanması qlobal bazarları yaxşılaşdırıb. Gömrük vergiləri aşağı düşəcək, bu proses də bazardakı ticari həssaslıq və qlobal iqtisadiyyatdakı yaxşılaşma üçün müsbət hal olacaq".
Növbəti böhran gəlir?
"Böhran kahini" kimi tanınan Roubini, ABŞ və Çin arasında parçalanma yaşanacağını proqnozlaşdırır: "Texnologiya müharibəsi gerçəkləşəcək və bu müharibə gələcəyin sənayesi ilə bağlı olacaq. ABŞ və Çin arasındakı soyuq müharibə riski təhlükəli şəkildə artacaq. Lakin qlobal iqtisadiyyatda durğunluq maliyyə və bankçılıqda böhrana səbəb olmayacaq. Maliyyə şoku yaşansa, kredit paylanması artacaq və bu, maliyyə böhranlarına qarşı güc yaradacaq. Böhrandan indi danışmaq çətindir. Lakin maliyyə bazarında müdafiə mexanizminin zəifləməsi davam edir. Bunlar fərdi və ictimai borclardır. Və bu borclar növbəti böhranı tətikləyir".
Zümrüd
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"










.jpg)

























