Bu ölkə Rusiya ilə sərhəddə tank əleyhinə maneələr qurmağa hazırlaşır
Bizi izləyin

Dünya

Bu ölkə Rusiya ilə sərhəddə tank əleyhinə maneələr qurmağa hazırlaşır

Bu ölkə Rusiya ilə sərhəddə tank əleyhinə maneələr qurmağa hazırlaşır

Finlandiya Rusiya ilə sərhədində mümkün hərbi münaqişə zamanı müdafiə istehkamları yaratmaq imkanını nəzərdən keçirir.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, söhbət tank əleyhinə maneələrdən və digər müdafiə qurğularından gedir. Bu təşəbbüs Finlandiya parlamentinin Müdafiə Komitəsinin nümayəndələri tərəfindən dəstəklənib.

Bununla belə, qərar qəbul edilməzdən əvvəl belə istehkamların praktiki faydasının və tikinti xərclərinin qiymətləndirilməsi təklif olunur. Sosial-Demokrat Partiyasının komitədəki nümayəndəsi Mika Kari ilkin hesablamaların aparılmasının vacibliyini vurğulayıb.

Komitə sədri Heykki Autto isə müdafiə xətlərinin məhz sülh dövründə hazırlanmasının tərəfdarıdır. Onun sözlərinə görə, mümkün münaqişə başlayacağı təqdirdə bu qurğular qarşı tərəfin irəliləməsinin qarşısını almağa kömək edə bilər.

Mika Kari hesab edir ki, məsələ yalnız Finlandiyanın milli müdafiə planları çərçivəsində deyil, NATO-nun kollektiv müdafiə strategiyası nəzərə alınmaqla müzakirə edilməlidir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm