Zaurdan Günaya etiraf: “Sənin ağrın canımı göynədir” - VİDEO
Bizi izləyin

Magazin1

Zaurdan Günaya etiraf: “Sənin ağrın canımı göynədir” - VİDEO

Zaurdan Günaya etiraf: “Sənin ağrın canımı göynədir” - VİDEO

Zaur Baxşəliyev xanımı Günay Baxşəliyeva ilə bağlı romantik paylaşım edib.

Publika.az xəbər verir ki, aparıcı sevgi və ailə münasibətləri haqqında fikirlərini bölüşüb.

O, paylaşımında ailə olmağın eyni qanı daşımaq deyil, bir-birinin sevincini və kədərini bölüşmək olduğunu vurğulayıb:

“İllər keçir. Bir gün həyatına yad biri gəlir, zamanla elə doğmalaşır ki, sanki ömrün boyu səndən bir parça imiş. Nə qan bağın var, nə də eyni kökdən gəlmisiniz, amma onun ağrısı sənin canını göynədir, sevinci sənin üzünü güldürür, kədəri sənin ürəyinə çökür.

Bir gün anlayırsan ki, ailə olmaq eyni qandan gəlmək deyil, bir-birinin ağrısını öz canında hiss etməkdir. Sevgi də elə budur. illər keçdikcə bir-birinə öyrəşmək yox, bir-birinin canına çevrilmək".(“Yeni Sabah”)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm