Ötən il icra hakimiyyətlərinə əlavə 28 milyon vəsait verilib - Nazir
Bizi izləyin

İqtisadi gündəm

Ötən il icra hakimiyyətlərinə əlavə 28 milyon vəsait verilib - Nazir

“Əmək bazarının leqallaşması və yeni iş yerlərinin yaradılması hesabına ötən il məcburi dövlət sosial sığorta haqqı üzrə regionlardan daxilolmalar 28 faiz artıb, o cümlədən qeyri-dövlət sektorunda artım 50 faiz olub”.

Publika.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, işsizlikdən sığorta haqqı üzrə regionların daxilolmaları 39 faiz, o cümlədən qeyri-dövlət bölməsində 70 faiz artıb. Eyni zamanda, ötən il regionlarda fərdi sahibkarların sayında 12 mindən çox artım qeydə alınıb.

“Cənab Prezident İlham Əliyev, Sizin müvafiq Fərmanınızla şəhər və rayonlar üzrə dövlət büdcəsinin müvafiq vergilərində büdcə ilinin sonuna daxil olan əlavə vəsaitin 50 faizinin icra hakimiyyətlərinin sərəncamına verilməsi regionların dotasiyalardan asılılığının azalmasına və bölgələrdə biznes mühitinin yaxşılaşdırılmasına güclü stimul yaradır.

Belə ki, 2019-cu ilin nəticələrinə əsasən, şəhər və rayonların sərəncamına verilən belə vəsaitlərin həcmi 28 milyon manat təşkil edib. Bu vəsaitləri alan şəhər icra hakimiyyətləri arasında Sumqayıt şəhəri birinci yerdə (5,4 milyon manat), Gəncə şəhəri isə ikinci yerdədir (4,1 milyon manat). Bundan başqa, sərəncamlarına 1 milyon manatdan çox vəsait verilən icra hakimiyyətləri arasında Şəki və Mingəçevir şəhərlərini, habelə Şəmkir, Xaçmaz, Qazax və Quba rayonlarını qeyd etmək olar. Bölgələrdə sahibkarlıq fəaliyyəti üçün nə qədər əlverişli şərait yaradılırsa, vergitutma bazası bir o qədər genişlənir və sosial-iqtisadi məsələləri həll etmək üçün əlavə maliyyə mənbələri yaranır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm