İqtisadi gündəm
190 manatın verilməsinə bu mərhələdən sonra başlanacaq - Deputat açıqladı
Nazirlər Kabineti tərəfindən sərtləşdirilmiş karantin bölgələrində yaşayan əhaliyə 190 manatın verilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xüsusi tapşırıqlar verilib. Artıq nazirlik tərəfindən elektron sistemdə yardım alacaq vətəndaşların məlumatlarının dəqiqləşdirilməsi prosesi başlanıb.
Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov “ATV Qərargah” proqramında açıqlayıb.
Millət vəkilinin sözlərinə görə, yardımların yaxın zamanda vətəndaşların hesabına köçürülməsi prosesinə başlanacaq: “Nəzərə alsaq ki, nazirlik tərəfindən bütün proseslər elektronlaşıb, etiraf etmək lazımdır ki, nazirlik bu üsulla həm şəffaflığı təmin edir, həm də vaxta qənaət edir. Güman edilir ki, yaxın zamanlarda nazirlik tərəfindən ödənişlərin həyata keçirilməsinə başlanacaq. Artıq nazirlik bütövlükdə prosesə start verib. Elektron bazada olan məlumatların dəqiqləşdirilməsi baş tutduqdan sonra vəsaitin köçürülməsi mərhələsinə keçiləcək. Yardım üçün artıq vəsait ayrılıb. Yardımların ödənilməsində hər hansı maliyyə çətinliyi yoxdur”.
V.Bayramov qeyd edib ki, yardım kartı zədələnən, itən vətəndaşlar onu götürdükləri bank şöbələrinə yaxınlaşmalıdırlar: “Kartın itməsi, zədələnməsi vətəndaşın hesabının bağlanması anlamına gəlmir. Onlar aldıqları banka yaxınlaşıb kartı bərpa edə və ya hesabdakı məbləği çəkə bilərlər”.
Zümrüd
-
Magazin101:21Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu - VİDEO
-
İdman01:00DÇ-2026: Norveç - İngiltərə oyunu başladı - CANLI
-
Elm və təhsil00:45Ana-bala birlikdə məzun oldu
-
Mətbəx11 İyul 23:48Dünyaca məşhur bloqer Şuşada möhtəşəm quzu ziyafəti verdi - VİDEO
-
Qoroskop11 İyul 23:24Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Sosial11 İyul 22:24Günay Novruzqızına VƏZİFƏ VERİLDİ - FOTO
-
Magazin111 İyul 19:50Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO
-
Nida Xəbər 11 İyul 19:45Prezident Xocavənd rayonunun Quzeyxırman kəndində oldu - FOTO/YENİLƏNDİ
























.webp)









