Magazin1
Əməkdar artist oğlundan danışdı: Fikirləşirdim ki, uşaqdır, həvəsdir, keçib gedəcək"
Əməkdar artist, tanınmış rejissor Nicat Kazımov aktyor oğlu Sənan Kazımovun bu sənəti seçməsinə vaxtilə qarşı çıxmasının səbəbini açıqlayıb.
Publika.az xəbər verir ki, o, övladının daha rahat və gəlirli sahədə çalışmasını istədiyini etiraf edib:
"Aydın məsələdir ki, heç bir valideyn özünün çəkdiyi çətinlikləri övladına rəva bilmir. Mənim atam da bu sənətə gəlməyimə qarşı idi. Sadəcə, o, bu sənətin içində deyildi, kənardan təsəvvür edirdi və istəmirdi. Mən isə sənətin içində ola-ola istəmirdim ki, övladım da bu çətinlikləri yaşasın. İstəyirdim ki, onun imkanları daha çox olsun. Xüsusilə təhsilinə həddindən artıq vəsait yatırırdım ki, orta məktəbdə yaxşı oxusun, ən yaxşı məktəblərdə təhsil alsın, ən yaxşı hazırlıqlara getsin. Sonra həkim, hüquqşünas, bankir olsun və ya elə bir sahədə çalışsın ki, bu çətinlikləri yaşamasın. Uşaq vaxtından tamaşalarda oynayırdı. Fikirləşirdim ki, uşaqdır, həvəsdir, keçib gedəcək".
Nicat Kazımov oğlunun bugünkü uğurları ilə fəxr etdiyini vurğulayıb:
"Artıq neçə illərdir Azərbaycanın ən böyük tədbirlərində, səhnələrində çıxış edir və tamaşaçılar tərəfindən sevilir. Bu gün onu tanıyanların, sevənlərin sayı mənimkindən qat-qat çoxdur. Mən bununla yalnız fəxr edə bilərəm. Əvvəl istəmirdim, amma sonradan şərt qoydum ki, əgər aktyor olmaq istəyirsənsə, burada yox, Türkiyədə universitetə qəbul ol. Və həmin il elə oldu ki, yer yalnız Zonquldak Universitetində açılmışdı. Amma burada da artıq ali məktəbə qəbul olmuşdu. Zonquldak Universitetinə birlikdə getdik, yer xoşuma gəlmədi. Sonra kafedra müdirinin "Burada nə öyrənəcək?" deməsi xoşuma gəlmədi. Sual verdim ki, "Burada oxumaq istəyirsən?". Dedi ki, "Yox". O anda elə götürüb qayıtdım Bakıya". (Axşam.az)
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR








.jpg)












.jpg)

.jpg)














.jpg)