İqtisadi gündəm
Qızıl yataqlarının işlənməsi ilə bağlı Azərbaycana müraciət edilib? - “AzerGold”
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və xarici şirkətlə birgə konsorsiumun təsis edilməsi və işğaldan azad edilən ərazilərdə qazıntı işlərinin aparılmasına dair planların olması haqda xəbərlər yayılıb.
Publika.az xəbər verir ki, “AzerGold” QSC sözügedən məsələyə münasibət bildirib.
Bildirilir ki, ölkəmizdə qızılçıxarma sənayesinin yaradılması məqsədilə prezidentin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə " 1996-cı il 5 fevral tarixli Sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl" dövlət şirkəti ilə ABŞ-ın "RV Investment Group Sevrvices LLS" arasında Kəlbəcər rayonun Zod (Söyüdlü), Qızılbulaq və Zəngilan rayonunun Vejnəli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
Güman edilir ki, sözügedən ləğv edilmiş “Azərqızıl” dövlət şirkəti ilə “AzerGold” QSC assosiasiya edilərək səhvə yol verilib. Adları çəkilən yataqların işlənməsi ilə bağlı QSC-yə indiyədək hər hansı bir müraciət daxil olmayıb.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO