İqtisadi gündəm
Azərbaycana 2020-ci ildə gətirilən avtomobillərin sayı açıqlandı
2020-ci ildə Azərbaycana 647,6 milyon ABŞ dolları dəyərində 53 729 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 6 019 ədəd və yaxud 12,6 % çoxdur.
Ötən il sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 288 ədəd və yaxud 52,7 % azalaraq 259 ədəd (30,5 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 6 536 ədəd və yaxud 15,15 % artaraq 49 692 ədəd (542,4 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 5 080-i (28 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 167-si (8,3 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 154 ədəd və yaxud 4,1 % azalaraq 3 626 ədəd (55,8 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 75 ədəd və yaxud 33 % azalaraq 152 ədəd (19 milyon ABŞ dolları dəyərində) olub.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO