Türkiyədən Azərbaycana bu məhsulların ixracı ARTDI
Bizi izləyin

İqtisadi gündəm

Türkiyədən Azərbaycana bu məhsulların ixracı ARTDI

2021-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2020-ci ilin anoloji dövrü ilə müqayisədə 54,1 faiz artaraq 75,785 milyon dollar təşkil edib.

Bu barədə Publika.az-a Türkiyənin Ticarət Nazirliyindən məlumat veriblər.

2021-ci ilin fevralında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2020-ci ilin fevralı ilə müqayisədə 51,7 fazi artaraq 40,818 milyon dollar təşkil edib.

2021-ci ilin yanvar-fevral aylarında Türkiyədən dünya bazarlarına kimyəvi məhsullarıb ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 artaraq 3,315 milyard dollar olub.

2021-ci ilin fevral ayında Türkiyə dünya bazarlarına 1,678 milyard dollar dəyərində kimyəvi məhsul ixrac edib ki, bu da 2020-ci ilin fevral ayına nisbətən 12,7 faiz daha çoxdur.

Son 12 ay ərzində (2020-ci il fevral - 2021-ci il fevral) Türkiyənin kimyəvi məhsullar ixracı 18,399 milyard dollar təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm